Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ
  • Gecə Bakıda eşidilən səslə bağlı AÇIQLAMA
  • Nərmin Həsənliyə vəzifə verildi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Gecə Bakıda eşidilən səslə bağlı AÇIQLAMA

Gecə Bakıda eşidilən səslə bağlı AÇIQLAMA

Gündəm Ariz Əhədov17.03.2026 - 00:32
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gecə saatlarında Bakı səmasında müşahidə olunan dronlarla bağlı hər hansı narahatlığa ehtiyac yoxdur. İnsanlarımız televiziyada, sosial şəbəkələrdə Rusiya-Ukrayna, yaxud Yaxın Şərq müharibəsində dronları görürlər və buna görə də baş verən vəziyyətlə bağlı təşviş keçiriblər. Prinsip etibarilə, əvvəllər belə hal olmamışdı deyə, başadüşüləndir.

YENİERA.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Bakı səmasında müşahidə edilən dronlarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin verdiyi məlumat açıq-aşkar göstərir ki, bu hadisə döyüş hazırlığının elementi kimi həyata keçirilib:

“Bunlar HHM və HHQ üçün lazım olan uçuşlar idi. Spontan deyil, planlaşdırılmış uçuşlar olur. Çünki gecə saatlarında mülki təyyarələrin də uçuşu, enişi həyata keçirilir.

Mən hesab edirəm ki, insanlar arasında bölgədə baş verən məlum hadisələrlə bağlı maarifləndirmə işi aparılmadığına görə təşviş yaranıb. Biz müharibəni yaşamış ölkəyik. İnsanlarımız ayıq-sayıq olmalıdır. Müharibə cənubda gedir, dronlar isə tam əks istiqamətdə – şimal istiqamətində uçub. Bakı kəndləri və Bakı ətrafında. Belə təlimlər gecə də olur, gündüz də. Kimin nə vaxt ürəyi istədi yox, müvafiq hökumət və dövlət strukturlarıyla razılaşdırılaraq keçirilir”.

Ekspertin fikrincə, bundan sonra da bu cür təlimlər olacaq:

“Xüsusi qeyd etmək istəyirəm ki, belə təlimlər günün istənilən saatında – gecə, gündüz, küləkdə, qarda, hətta mürəkkəb iqlim şəraitində belə keçirilməlidir.

Ona görə də insanlarımız sosial şəbəkədə ağıllarına nə gəlsə, yazmamalıdırlar. Azərbaycan Müdafiə Nazirliyinə etibar etməlidirlər. Çünki Azərbaycan Müdafiə Nazirliyi digər güc strukturlarıyla birlikdə ölkənin müdafiəsinə və təhlükəsizliyinə bilavasitə cavabdehlik daşıyan qurumdur”.

Qeyd edək ki, 16 mart gecə 01 radələrində Bakı səmasında eşidilən dron səsləri təşvişə səbəb olmuşdu.

Bənzər Xəbərlər

17.03.2026 - 00:13Ariz Əhədov

Nərmin Həsənliyə vəzifə verildi – FOTO

16.03.2026 - 23:15Ariz Əhədov

Bakı metrosunda yeni qadağa

16.03.2026 - 16:39Yeni Era

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək  

16.03.2026 - 16:09Yeni Era

İlham Əliyev bu qanuna dəyişiklikləri imzaladı

16.03.2026 - 15:06Yeni Era

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

16.03.2026 - 14:04Yeni Era

Bu gün sonuncu Qədr gecəsidir

16.03.2026 - 14:03Yeni Era

Cəmşid Əmirov MİDA-nın APARAT RƏHBƏRİ təyin olundu

16.03.2026 - 12:18Ariz Əhədov

Nazirlər Kabineti karantin rejimi ilə bağlı QƏRAR VERDİ

16.03.2026 - 12:06Ariz Əhədov

Hərbi xidmətdən boyun qaçıranlara PİS XƏBƏR- QAYDALAR SƏRTLƏŞDİRİLİR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 189

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 680

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 357

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 773
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.