Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO
  • Sabah bu ərazilərdə işıq olmayacaq
  • Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Manşet»Gəncədə “yaşıl soyqırımı” kimlər törədir? – ŞİKAYƏT

Gəncədə "yaşıl soyqırımı" kimlər törədir? - ŞİKAYƏT

Manşet Ariz Əhədov02.06.2026 - 16:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gəncə şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Yük Daşımalar Departamentinin Qərb sahəsi ərazisində yerləşən yaşıl ağaclar qanunsuz şəkildə kəsilir.

Bu barədə Yeniera.az-ın redaksiyasına şəhər sakinləri tərəfindən şikayət daxil olub.

Sakinlər iddia edirlər ki, may ayında ağacların kəsilməsi və budanması qadağan edilsə də, buna məhəl qoyulmayaraq ağaclar kəsilir. Yaşıl ağacların kəsilməsinə səbəb kimi idarənin dam örtüyünə maneə törətməsi göstərilir.

Şikayətçilər bildirirlər ki, ağaclar dam örtüyünə maneə törətsə belə, bunları budamaqla da kifayətlənmək olur. Lakin ağaclar birdəfəlik kötüyündən tamamilə kəsilir.

Onlar qeyd ediblər ki, Gəncə şəhərində yerləşən 10 saylı ekologiya idarəsinə müraciət etsələr də, şikayətləri cavabsız qalıb.

Belə ki, sakinlər vurğulayıb ki, Yük Daşımalar Departamentinin Qərb sahəsi ağacları qanunsuz olaraq kəsir və “yaşıl soyqırımı” aparır.

Redaksiyamız tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilsə də, suallarımız cavabsız qalıb.

Sözügedən qurumların mövqelərini işıqlandırmağa hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Qeyd edək ki, Azərbaycanda yaşıl ağacların (xüsusilə canlı və sağlam ağacların) icazəsiz kəsilməsi qanunsuz hesab olunur və buna görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur.

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 4500 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər 2000 manat miqdarında, vəzifəli şəxslər 4000 manat miqdarında, hüquqi şəxslər 25000 manat miqdarında cərimə edilir.

YENİERA.AZ

*******

08.06.2026

Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Medialive.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyin ER-22/071 qeydiyyat nömrəli rəyi verilmişdir.

İdarədən qeyd olunub ki, idarə əməkdaşları tərəfindən keçirilən baxış zamanı ərazidə 12 ədəd quru vəziyyətdə, 2 ədəd isə yaş vəziyyətdə ancaq qəzalı halda olan ağacların DEEA-nin rəyinin tələblərinə uyğun olaraq kəsildiyi və yerinə mühitə uyğun ağac tingləri əkilərək mövcud ağacların birkalandığı və ərazidə hazırda hər hansı tikinti işlərinin həyata keçirilmədiyi müəyyən edilmişdir. Beləliklə də sözügedən ərazidə hər hansı ekoloji pozuntu hallarının müşahidə edilmədiyi müəyyən edilmişdir.

https://yeniera.az/wp-content/uploads/2026/06/WhatsApp-Video-2026-05-28-at-19.18.36-1.mp4

Bənzər Xəbərlər

23.09.2026 - 17:25Gülnar Əliyeva

Prezident ona yüksək vəzifə verdi - FOTO+ DOSYE

23.09.2026 - 17:00Gülnar Əliyeva

Prezidentdən “AzerGold”la bağlı - Sərəncam

23.09.2026 - 16:50Gülnar Əliyeva

Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 - 15:24Gülnar Əliyeva

Martin Ryan azadlığa buraxıldı

23.09.2026 - 11:25Gülnar Əliyeva

İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - Fotolar - Yenilənib

23.09.2026 - 11:15Gülnar Əliyeva

Prezident onu təbrik etdi

23.09.2026 - 10:23Gülnar Əliyeva

İlham Əliyev Sərəncam İMZALADI

22.09.2026 - 16:40Gülnar Əliyeva

Prezident İlham Əliyev Naxçıvanla bağlı mühüm xəbəri AÇIQLADI

22.09.2026 - 16:12Gülnar Əliyeva

Sabahdan bu metrostansiyalara giriş pulsuz olacaq – RƏSMİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 080

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 113

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 028

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 825
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.