Parisin La Sante həbsxanasında cəza çəkən Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsdə olduğu ikinci günündə şad xəbər alıb, onun nəvəsi dünyaya gəlib.
Yeniera.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti yazıb.
Siyasətçinin kiçik oğlu, 28 yaşlı Lui Sarkozi və həyat yoldaşı Natali Sillanın oğlu dünyaya gəlib. Uşağa babasının adı verilib.
“Dünən biz valideyn olduq. Sizi oğlumuz Silla Nikola Sarkozi ilə tanış etməkdən məmnunuq. Qoy o, güclü və müdrik böyüsün”, – deyə Lui İnstaqram səhifəsində yazıb
Yeganə

