Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.
Gununsesi.info -nun əldə etdiyi məlumata görə, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb.
Yaxınları saytımıza açıqlamasında onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər.
Vəziyyəti ağır olan V.Cabbarov hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.

