Dövlət Məşğulluq Agentliyinin iki filialına yeni rəhbərlər təyin olunub.

Yeniera.az xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Pərviz Allahverdiyev Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri təyin olunub.

Digər əmrlə, Abşeron-Xızı Regional Məşğulluq filialına isə rəhbərlik müvəqqəti olaraq müavin Zaur Allahverdiyevə tapşırılıb.

Qeyd edək ki, daha əvvəl Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsində müvəqqəti olaraq müavin Xaqani Məmmədov icra edib./İqtisadiyyat.az

Exit mobile version