Sevinc Vaqif qızı Hüseynova 06.09.2018-ci il tarixdən 13.09.2023-cü il tarixədək 227 nömrəli tam orta ümumtəhsil məktəbinin, 14.09.2023-cü il tarixindən isə 278 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışır.
Yeniera.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Qeyd olunub ki, hazırda o, vəzifə səlahiyyətlərini icra edir.
Bildirilib ki, Baş Prokurorluğun yaydığı məlumatdan sonra eyni ad-soyadlı şəxslərin qarışdırılması bəzi kütləvi informasiya vasitələrində yanlış xəbərlərin yayılmasına səbəb olub.
Baş Prokurorluğun məlumatına əsasən, Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızı ekstradisiya olunub və onun məktəb direktoru işlədiyi dövrdə qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə şübhəli bilindiyi, bu səbəbdən barəsində beynəlxalq axtarış elan olunduğu qeyd edilib.
BŞTİ isə açıqlamasında vurğulayıb ki, bəzi mediada yayılan məlumatlarda adı və fotosu yanlış şəkildə təqdim edilən şəxs 227 və 278 nömrəli məktəblərin direktoru Sevinc Vaqif qızı Hüseynova ilə eyni şəxs deyil.

