Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 13 noyabr 2026-cı il “qiyamət günü”dür: alimlər 60 il öncədən hesabladılar, o gün gəldi!
  • Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO
  • Amansızlıqla qətlə yetirilən Fatimənin – Fotosu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Həbsi gündəm olan polkovnik kimdir?

Həbsi gündəm olan polkovnik kimdir?

Gündəm Gülnar Əliyeva06.10.2026 - 14:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Muxtar oğlu Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Yeniera.az Globalinfo.az-a istinadla xəbər verir ki, Ə.Məmmədov Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, ədliyyə polkovnikidir. O, 2016-cı il sentyabrın 27-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Sonrakı fəaliyyəti əsasən Penitensiar Xidmətin kadr məsələləri ilə bağlı olub. 2018-ci ildə Penitensiar Xidmətə yeni əməkdaşların qəbulu ilə bağlı keçirilən andiçmə mərasimində çıxış edib. Həmin tədbirdə yeni əməkdaşlara qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət, humanizm və qərəzsizlik prinsiplərinə riayət etməyi tövsiyə edib.Beləliklə, Ə.Məmmədov təxminən 10 il Penitensiar Xidmətin Kadrlar İdarəsinə rəhbərlik edib.

2023-cü ildə İcmal.az Əflatun Məmmədovun Penitensiar Xidmətdə işə düzəlmək istəyən bəzi şəxslərdən ümumilikdə 250 min manatdan artıq rüşvət aldığı barədə iddialar irəli sürüb. Həmin yazıda məsələ ilə bağlı başqa yüksək vəzifəli şəxslərin də adları çəkilib.

Əflatun Məmmədovun adı daha əvvəl də tənqidi materiallarda hallanıb. 2021-ci ildə yayımlanan bir materialda onun adı cəzaçəkmə müəssisələrindən birinin rəhbərinin başqa müəssisəyə təyinatı ilə bağlı iddialar kontekstində çəkilib.

Ə.Məmmədov 2026-cı ilin mayında Penitensiar Xidmətdə tutduğu vəzifədən azad edilib. Onun “xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə” vəzifədən çıxarıldığı bildirilib. Lakin həmin nöqsanların konkret nədən ibarət olduğu açıqlanmayıb.

2026-cı il oktyabrın 5-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

08.10.2026 - 02:18Gülnar Əliyeva

13 noyabr 2026-cı il “qiyamət günü”dür: alimlər 60 il öncədən hesabladılar, o gün gəldi!

08.10.2026 - 02:12Gülnar Əliyeva

Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu

07.10.2026 - 15:20Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - 3 ölü, 2 yaralı - YENİLƏNİB

07.10.2026 - 00:06Gülnar Əliyeva

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

06.10.2026 - 23:31Gülnar Əliyeva

Sveta Əsədova vəfat etdi

06.10.2026 - 22:21Gülnar Əliyeva

Saxlanılan Azərbaycan hərbçisi geri qaytarılacaq? - Paşinyan AÇIQLADI

06.10.2026 - 19:00Gülnar Əliyeva

Prezident təsdiqlədi: 2026-cı il yanvarın 1-dən tətbiq ediləcək

06.10.2026 - 17:44Gülnar Əliyeva

Yeni nazir müavini kimdir? - DOSYE

06.10.2026 - 14:52Gülnar Əliyeva

Azərbaycana məğlubiyyətə görə istefa verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 256

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 231

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 134

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.