Fransanın xarici işlər naziri Jan-Noel Barrot HƏMAS-ın “kapitulyasiya”nı qəbul etməli olduğunu söyləyib.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Səudiyyə Ərəbistanında “Agence France-Presse” xəbər agentliyinə danışarkən qeyd edib.
“Həmas fələstinlilərin üzləşdiyi fəlakətə görə çox ağır məsuliyyət daşıyır. Onlar məğlub oldu. Həmas öz təslimiyyəti ilə barışmalıdır”, – deyə nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp HƏMAS-a Qəzza ilə bağlı ABŞ-nin dəstəklədiyi sülh planını qəbul etmək üçün üç-dörd gün vaxt verib.
Rza Əli

