Fələstinin radikal HƏMAS hərəkatı və onun yaratdığı inzibati orqanlar atəşkəs razılaşması çərçivəsində İsrail qüvvələri tərəfindən boşaldılan Qəzza zolağı ərazilərinə nəzarəti gücləndirir.
Yeniera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
HƏMAS-ın inzibati və təhlükəsizlik qüvvələri öz büdcələrini doldurmaq üçün nəzarət etdikləri ərazilərdə şəxsi idxal mallarına, o cümlədən yanacaq və siqaretə yeni rüsumlar tətbiq edirlər.
Eyni zamanda, mağaza və bazarlarda satılan ərzaq və digər mallara qiymət nəzarəti tətbiq edir, ticarətçilərə cərimələr tətbiq edirlər. Atəşkəs əldə olunandan bəri Həmas radikalları da İsraillə əməkdaşlıqda ittiham olunan onlarla fələstinlini edam ediblər.
Yeganə

