• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home REDAKSİYANIN SEÇİMİ

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

19 Noyabr, 25 / 22:08
A A
Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışarkən digər maraqlı məlumatlar da açıqlayıb.

Yeniera.az xəbər verir ki, Eldar Namazov Yeni Azərbaycan TV-yə müsahibəsində vaxtilə Ramiz Mehdiyevin təbliğatını aparmış bır sıra şəxslərin cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, cəzalandırılanlar arasında bir sıra icra başçıları, eləcə də Prezident Aparatının keçmiş tərcüməçisi də olub.

“Hətta Prezident Aparatında belə təbliğat apardığına görə bir neçə adam cəzalandırıldı. Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi”, – deyən Eldar Namazov həmin tərcüməçinin adını çəkməyib.

“Yeni Sabah”ın məlumatına görə, Eldar Namazov Prezident Aparatından qovulan tərçüməçi deyəndə Rauf Hüseynovu nəzərə tutub. O, uzun illər Heydər Əliyevin tərcüməçisi olub.

Rauf Hüseynov Prezident Aparatında tərcüməçi kimi fəaliyyət göstərdiyi qısa müddətdə siyasi karyerasını irəlilədə bilmişdi. Belə ki, Prezident Heydər Əliyev onu Xarici əlaqələr şöbəsinə müdir müavini vəzifəsinə irəli çəkmişdi. Lakin indi məlum olur ki, Ramiz Mehdiyevin təbliğatına qoşulması gənc tərcüməçinin siyasi karyerasının sonlanması ilə nəticələnib.

Rauf Hüseynov haqqında yayılan xəbərlərə görə, o, hazırda xaricdə yaşayır.

Əslən Naxçıvandan olan Rauf Hüseynov 1990-cı illərin sonları – 2000-ci ilin əvvəllərində mərhum Prezident Heydər Əliyevin tərcüməçisi işləyib.

Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov vaxtilə Prezident Heydər Əliyevin mühüm xarici səfərlərində onu müşayiət edib.

Rauf Hüseynov Prezident Heydər Əliyev 1997-ci ildə ABŞ-a çoxgünlük səfəri edəndə onun yanında olub.

O, həmin səfər zamanı Heydər Əliyevin ABŞ Prezidenti Bill Klintonla görüşündə tərcüməçilik etmişdi.

Rauf Hüseynovun hazırda xaricdə biznes fəaliyyətilə məşğul olduğu barədə məlumat var.

2000-ci illərin əvvəllərində Rauf Hüseynovun gözlənilmədən Prezidentin tərcüməçisi vəzifəsindən uzaqlaşdırılması və siyasət meydanında itib-batması çoxlarında suallar doğurmuşdu.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Azərbaycanda bu universitet ləğv edilir? - Müzakirələr BAŞLADI

Növbəti Yazı

Rəqsanənin borclu olduğu şəxs danışdı: "Şikayətimizi geri götürməmişik"

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.