• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

Hidayət həmin “Mercedes”lə qəza törədibmiş - DYP xəbərdarlıq etdi

17 Noyabr, 25 / 11:40
A A
Hidayət həmin “Mercedes”lə qəza törədibmiş - DYP xəbərdarlıq etdi

Fitnesçi Hidayət Məhərrəmli paytaxtın Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib.

Yeniera.az xəbər verir ki, idmançı hadisə anını sosial şəbəkədə paylaşıb.

Görüntülərdən məlum olur ki, o, saatda 90 kilometr sürətlə hərəkətdə olarkən diqqətini yoldan yayındırır və bir əli ilə telefonla çəkiliş edir. Bu zaman “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq bardürə çıxır.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

R.Tağıyev qeyd edib ki, hadisə təxminən 2 il əvvəl baş verib. O, sükan arxasında telefondan istifadənin istənilən formasının: istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyduğunu bildirib.

Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur. Sürücünün gözünü yoldan ayırdığı 2–3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir.

Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.

“Unutmayaq: sükan arxasında seçim sadədir – ya telefon, ya təhlükəsizlik”, – qurum rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl H.Məhərrəmlinin keçmiş sevgilisi Ş.Yunusova “Qafqazinfo”ya müraciət edərək idmançının ona şiddət göstərdiyini və külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdi. Həmin vaxt qadın qəzaya düşən “Mercedes”i Hidayətə hədiyyə etdiyini demişdi.

***

Ş.Yunusova saytımıza bildirib ki, hadisə 2 il əvvəl qeydə alınıb. O, H.Məhərrəmlinin videonu indi paylaşmasını onun maşını satması ilə əlaqələndirib: “Həmin vaxt avtomobili mən təmir etdirmişdim. Görüntünü də ona görə paylaşıb ki, guya maşınla qəzaya düşüb, ona görə avtomobilsiz qalıb”.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Sürücülük vəsiqəsi almaq üçün "yezda imtahanı"nda yenilik - Bundan sonra...

Növbəti Yazı

Zahid Məmmədov rəis TƏYİN EDİLDİ

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.