Hindistan Prezidenti Droupadi Murmunun Kerala rəsmi səfəri zamanı qeyri-adi hadisə baş verib.
Yeniera.az “The Times of India” qəzetinə istinadən xəbər verir ki, dövlət başçısını Prama Dam Stadionuna aparan helikopter yerə endikdən sonra betonda ilişib qalmaqdan çətinliklə yayınıb.
Enişdən az sonra helikopterin bir hissəsi dağılıb və nəticədə fırlanan qanadların altında təhlükəli krater yaranıb.
Dərhal hadisə yerinə gələn polis və yanğınsöndürmə idarəsinin əməkdaşları helikopteri əllə stabilləşdirərək təhlükəsiz yerə aparıblar.

