Hindistanın Rusiya neftindən tamamilə imtina etməsi real görünmür.
Yeniera.az xəbər verir ki, bu barədə Mind Money analitik mərkəzinin rəhbəri İqor İsayev qeyd edib.
Onun sözlərinə görə, “Urals” markalı Rusiya neftinin sərfəli qiyməti və Hindistanda enerji resurslarına olan yüksək tələbat bu imtinanı qeyri-mümkün edir.
“Rusiya neftindən tamamilə imtina etmək mümkün deyil. Hindistan, çox güman ki, geosiyasi və iqtisadi maraqları arasında tarazlıq qurmağa çalışacaq,” – deyə o bildirib.
Analitik əlavə edib ki, Hindistan bir tərəfdən Rusiya neftinin sərfəli tədarükünü saxlamaqda maraqlıdır, digər tərəfdən isə ABŞ-ninn tətbiq etdiyi tarifləri də nəzərə almaq məcburiyyətindədir.
İsayev, həmçinin qeyd edib ki, belə vəziyyətdə Türkiyə əlavə üstünlüklər əldə edə bilər. Pakistan və Banqladeş də potensial alıcılar sırasına daxil ola bilər, lakin bu yalnız Rusiya tərəfindən tətbiq ediləcək əlavə endirimlər hesabına mümkün olacaq.
Vüsal Ömərov

