Hindistan və Rusiya noyabrın 13-də Moskvada hökumətlərarası ticarət danışıqları keçirəcəklər.
Yeniera.az xəbər verir ki, bu barədə Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) baş direktoru Ajay Sahai TASS-a bildirib.
Bildirilir ki, Hindistan nümayəndə heyətinə Ticarət Departamentinin katibi Rajeş Aqraval başçılıq edəcək.
Hökumətlərarası danışıqlarda Hindistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət zonasının yaradılması haqqında saziş, eləcə də ikitərəfli əməkdaşlığın digər əsas məsələləri müzakirə oluna bilər, FIEO rəhbəri bildirib.
O, həmçinin xatırladıb ki, noyabrın 11-dən 14-dək Hindistanın 20-dən çox şirkəti Moskvada keçirilən mühəndis avadanlıqlarının beynəlxalq sərgisində iştirak edir.
YeniEra.Az

