Hollandiyanın müdafiə naziri Ruben Brekelmansın sözlərinə görə, Hollandiya Rusiyanın dərinliklərinə endirmək üçün Kiyevə Amerika “Tomaqavk” raketlərinin tədarükünü dəstəkləyəcək.
Yeniera.az xəbər verir ki, nazirin sözlərinə görə, bu, ABŞ-dan asılıdır..
“Amma əgər ABŞ Tomaqavk raketləri ilə təmin etmək qərarına gəlsə, biz bunu mütləq dəstəkləyəcəyik”, – deyə Brekelmans qeyd edib.
O, xatırladıb ki, Hollandiya Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələri dəstəklədiyini həmişə bildirib və istifadə olunan raketlərin mənzilinə və növünə heç bir məhdudiyyət qoymayıb.
Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker oktyabrın 15-də ABŞ-ın Ukraynaya hərbi yardımla bağlı açıqlama verəcəyini bildirmişdi.
Yeganə

