“Düşünürəm ki, taksiylə bağlı Ombudsman araşdırmalara başlayıb. Antihisar və İstehlak Bazarına Nəzarət Agentliyi də araşdırma aparır. Onların nəticələrini gözləməliyik. Bu araşdırmalardan sonra onlar müvafiq qurumlara müraciət etməlidirlər. Bu müraciətlərin cavablarına əsasən danışmaq mümkün olacaq”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov ötən gün Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafanın hava limanındakı taksi probleminə diqqət çəkməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, hörmətli deputat fikirlərində tam doğru ifadələr işlədib.
Qeyd edək ki, deputat Fazil Mustafa Milli Məclisin dünənki plenar iclasında hava limanındakı taksi məsələsinin həllini tapmadığını deyib.
Mikayıl Mirzəzadə

