• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

İctimai Şuranın ilk iclası keçirildi

16 Dekabr, 25 / 17:10
A A
İctimai Şuranın ilk iclası keçirildi

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib.

Yeniera.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb

İclasda təşkilati məsələlərə baxılıb və səsvermə yolu ilə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli İctimai Şuranın sədri, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, “Azərbaycan Maarifçilər Assosiasiyası”nın üzvü Günel Əmiri katib seçilib.

Daha sonra Şuranın üzvlərinin nazirliyin rəhbərliyi ilə görüşü olub. Nazir Məcnun Məmmədov Şuranın üzvlərini təbrik edib, onlara ictimai iştirakçılıq fəaliyyəti sahəsində uğurlar arzulayıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini xatırladan nazir İctimai Şura üzvlərini aqrar sahənin dinamik inkişafı istiqamətində görülən işlərdə, keçirilən tədbirlərdə fəal iştirak etməyə, həyata keçirilən təşəbbüslərə ictimai dəstək verməyə çağırıb.

O, qeyd edib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar məhsulların istehsalının və ixracının artırılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpa edilməsi, aqrar sahədə yeni texnologiya və innovasiyaların tətbiqi, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair layihələrin dəstəklənməsi, fermerlərin rifah halının yaxşılaşdırılması Nazirliyin qarşısında duran əsas vəzifələrdir və bu istiqamətlərdə davamlı işlər görülür.

Nazirin sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətlər üzrə ictimai iştirakçılıq fəaliyyətini gücləndirməsi, maarifləndirmə işində fəal iştirak etməsi vacib amillərdən biridir. M.Məmmədov Şura üzvlərinin aqrar sektorun müxtəlif istiqamətlərini təmsil edən ictimai qurumların nümayəndələri olduğunu xatırladıb və bu amilin nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında səmərəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

M.Həsənli müxtəlif Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib, Şuranın bu vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planı hazırlayacağını deyib. Görüşdə Şuranın fəaliyyətinin səmərəli təşkil edilməsi, ictimai iştirakçılıq tələb edən məsələlərdə məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - SİYAHI

Növbəti Yazı

Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb

XƏBƏR LENTİ

 Mais Bərxudarovun yeni görüntüsü – Görün kimlərlə görüşdü – FOTO

Xərçəngin dərmanı bu heyvanda TAPILDI

Azərbaycanda sabiq məmur “ANS” adında şirkət açdı

Qar yağacaq, şaxta olacaq - SABAHIN HAVASI

Kamran Əsədov vəzifəsindən KƏNARLAŞDIRILDI

Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb

İctimai Şuranın ilk iclası keçirildi

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - SİYAHI

Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasındadır - FOTOLAR

Birbank-dan bayram sürprizi - Metroda gediş haqqına 50% endirim edildi

Amnistiya olacaq - Rəşad Dağlı azad ediləcək?

AFFA bu klubları cərimələdi

SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlər qadağan olunur

SON DƏQİQƏ! Məşhur general vəzifəsindən AZAD OLUNDU - FOTO

Bu məhkumların cəzası 6 ay azaldılacaq

Amnistiyaya bu məhkumlar düşəcək - KATEQORİYALAR

 Yol polisindən bu sürücülərə XƏBƏRDARLIQ 

Bakıda evdə 8 min dollarlıq qızıl oğurlandı

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Sabah hava necə olacaq?

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.