• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

İdman zallarında məşq edənlərin NƏZƏRİNƏ - qəfil infarkta bunlar səbəb olur

29 Sentyabr, 25 / 17:10
A A
İdman zallarında məşq edənlərin NƏZƏRİNƏ - qəfil infarkta bunlar səbəb olur

“Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır. Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir”.

Yeniera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur: “Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.

İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.

Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir”.

R. Mahmudov bildirib ki, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək azımdır: “İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).

Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.

İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.

Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.

Nəticə olaraq, idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır”.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Növbəti Yazı

ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb

XƏBƏR LENTİ

Əli Abbasov deputat mandatından məhrum edildi - RƏSMİ

İlham Rəhimovun qohumu həbs edildi

NASA Marsla əlaqəni bərpa etməyə çalışır

DİQQƏT! 9 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Naringi ilə bağlı bilmədiklərimiz - DİQQƏTLİ OLUN

Azərbaycanın Tailanddakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib

Azərbaycanda gələn ilin qeyri-iş günləri AÇIQLANDI

Əli Əsədov Gürcüstanın Baş naziri ilə görüşüb

Ukrayna ərazi güzəştlərinə hazırdır? - Merz

ABŞ Donbasda "ən qabaqcıl bufer zonasını" təklif edib

Putin Aşqabadda Ərdoğanla görüşəcək

ABŞ-də G7-yə alternativ müzakirə olunur

Lavrov Türkiyənin S-400 öhdəliklərindən DANIŞDI

Oğurluq edib qaçan şəxslərin avtomobili radara düşüb

Bacısının yasından qayıdan qadın avtoqəzada ölüb - TƏFƏRRÜAT

Xəzərdə köməksiz qalan balıqçılar xilas edilib

Çində güclü ZƏLZƏLƏ OLDU

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

Karen Avanesyanın cinayət işi məhkəmə baxışına verilib 

Bolqarıstan hökuməti istefa verdi

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.