UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununu idarə edəcək sloveniyalı hakim Rade Obrenoviç daha əvvəl də “köhlən atlar”ın matçında iş başında olub.
Yeniera.az xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi 2021-ci ildə komandanın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşünə təyinat alıb.
FIFA referisi həmin vaxt Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin Bakıda Şotlandiyanın “Aberdin” klubunu 1:0 hesabı ilə üstələdiyi qarşılaşmada baş hakim olub.
Rade Obrenoviç 2017-ci ildən beynəlxalq oyunlara təyinat alır.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

