İlahə Həsənova bu günlərdə tarixi ənənələri və son dövrlər qalmaqallarla yadda qalan Zaqatala rayon Şixəli Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor təyin edilib.
YENİERA.az xəbər verir ki, bu təyinata qədər yeni direktor Zaqatala rayon E.Osmanov adına Zəyəm kənd tam orta məktəbinə rəhbərlik edib.
Valideyn və rayonun təhsil sahəsində çalışan ziyalıları bu təyinatı təkcə yeni vəzifə deyil, həm də etimadın, zəhmətin və peşəkarlığın nəticəsi kimi qiymətləndirirlər. Valideynlər inanır ki, təhsil sahəsində çalışan hər bir rəhbərin əsas məqsədi savadlı, vətənpərvər və sağlam düşüncəli gənclər yetişdirməkdir.
Ən əsası da son illər direktorların gəlişi ilə müəllim və valideynlərin qalmaqalına çevrilən tarixi məktəb yenidən öz ənənəsinə qayıdacaq və təhsil uğurları ilə yadda qalacaq. Bizim.Media

