Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Zaur Əmiraslanova ağır itki üz verdi
  • “Bunu anama hədiyyə verəcəm…” – Alyona Əliyeva
  • Tramp İrana kimin başçılıq edə biləcəyini açıqladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Manşet»İlham Əliyev Ağdərəyə getdi – FOTOLAR

İlham Əliyev Ağdərəyə getdi - FOTOLAR

Manşet Yeni Era13.01.2026 - 14:46
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.

Yeniera.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.

Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.

Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı.

   

Bənzər Xəbərlər

03.03.2026 - 15:32Ariz Əhədov

Prezidentdən SƏRƏNCAM İMZALADI

03.03.2026 - 12:05Ariz Əhədov

Prezident qəbul keçirdi - Fotolar

03.03.2026 - 10:14Ariz Əhədov

Prezident Bakı Konqres Mərkəzində iclasda iştirak etdi - Video - Fotolar - Yenilənib

02.03.2026 - 13:02Ariz Əhədov

İranın yeni Ali Dini Lideri də öldü

02.03.2026 - 12:00Ariz Əhədov

İran səfiri Azərbaycana təşəkkür etdi

02.03.2026 - 10:47Ariz Əhədov

Tramp: Ali Lider postuna üç uyğun namizəd var

02.03.2026 - 10:42Ariz Əhədov

Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - Fotolar

01.03.2026 - 00:02Ariz Əhədov

Xamenei ÖLDÜRÜLDÜ - CƏSƏDİ TAPILDI

28.02.2026 - 23:46Ariz Əhədov

Astara sərhədində təxliyə üçün avtobuslar hazır vəziyyətə gətirildi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 603

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 534

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:263. 949

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 623
logo
Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.