Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda ən yaşlı seçicilər onlardır – 106 və 136 yaşları var
  • Prezident bir sıra məhkəmələrə sədr təyin etdi
  • İranda MMA çempionu edam edildi – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Siyasət Ariz Əhədov26.05.2026 - 16:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Yeniera.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

Bənzər Xəbərlər

26.05.2026 - 17:05Ariz Əhədov

Azərbaycanda ən yaşlı seçicilər onlardır - 106 və 136 yaşları var

26.05.2026 - 16:54Ariz Əhədov

Prezident bir sıra məhkəmələrə sədr təyin etdi

26.05.2026 - 16:52Ariz Əhədov

Onlara Dövlət Mükafatı verildi - SƏRƏNCAM

26.05.2026 - 16:05Ariz Əhədov

Ali Məhkəməyə yeni hakimlər təyin olundu

26.05.2026 - 15:37Ariz Əhədov

Bu məhkəmlərə hakimlər təyin edildi

26.05.2026 - 14:12Ariz Əhədov

Yaz sessiyası bitdi - Yenilənib

26.05.2026 - 13:55Ariz Əhədov

Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı

26.05.2026 - 11:50Ariz Əhədov

Nazirlərin qəbuluna düşmək istəyənlərin nəzərinə!

26.05.2026 - 11:22Ariz Əhədov

Əliyev Kavelaşvilini təbrik etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 596

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 228

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 025

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 245
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.