Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi – Anbaan video
  • Ermənistanda KRİTİK günlər başladı – Plan baş tutarsa…
  • TƏBİB-dən çıxarılan Anar İsrafilovun yeni iş yeri məlum oldu – Direktor göndərilir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev hədəfi açıqladı – Yükdaşımadan gəlirlər ikiqat artacaq

İlham Əliyev hədəfi açıqladı – Yükdaşımadan gəlirlər ikiqat artacaq

Siyasət Ariz Əhədov21.06.2026 - 10:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi Bakıda 16–19 iyun tarixlərində İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantıları keçirildi.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan ilə İslam İnkişaf Bankı (IsDB) arasında münasibətlərin uzunmüddətli və strateji xarakter daşıdığını xüsusi vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam İnkişaf Bankı ilə əməkdaşlıq ardıcıl şəkildə genişlənib və bu əməkdaşlıq ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.

İlham Əliyev həmçinin çıxışı zamanı bir sıra mühüm və strateji məqamlara toxundu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri ölkə ərazisindən tranzit olunan yüklərin həcmini iki dəfə artırmaqdır.

Prezident qeyd etdi ki, bu məqsədə nail olmaq üçün nəqliyyat-logistika infrastrukturunun daha da inkişaf etdirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi və ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və son illərdə bu sahəyə qoyulan böyük investisiyalar yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması üçün geniş imkanlar yaradır.

Bəs Prezidentin müəyyənləşdirdiyi hədəf Azərbaycana nə qədər valyuta gətirəcək?

Yeniera.az bildirir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, bu hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 7 milyard manata yaxın gəlir əldə etməsinə imkan yaradacaq:

“2025-ci ildə dəmir yolları vasitəsi ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Onun 6 milyon 695 min tonu birbaşa tranzit yüklər olub. İdxal yükləri 4 milyon 723 min ton, ixrac isə 2 milyon 850 min ton olub. Dəmir yolları üzrə yük daşınmasından əldə olunan gəlir 383 milyon 996 min manat olub. Onun da 333 milyon 911 min manatı isə beynəlxalq yükdaşımaların payına düşüb.

2025-ci ildə hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 2 milyard 398 milyon manat olub ki, onun da 2 milyard 397 miilyon manatı beynəlxalq yükdaşımaların payına düşüb.

Ötən il beynəlxalq yükdaşımalardan dəniz nəqliyyatı üzrə 57 milyon 382 min, boru kəmərlərii üzrə 266 milyon 560 min, avtomobil yolları üzrə 204 milyon 275 min manat gəlir əldə edilib.

Bu ilin ilk rübünün rəsmi yekunları da ümidvericidir. Dəmiryolu vasitəsi ilə bu ilin 3 ayı əldə edilən gəlir 96 milyon 049 manat olub ki, onun da 81 milyon 765 min manatı beynəlxalq yükdaşımaların payına düşüb. Hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 571 milyon 292 min manat olub ku, beynəlxalq yükdaşımaların payı 571 milyon 50 min manatdır.

Rəsmi rəqəmlər göstərir ki, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3.3 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 7 milyard manata yaxın gəlir əldə etməsinə imkan yaradacaq. Bu iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, Azərbaycan dövlət gəlirlərinin artmasına şərait yaradacaq”

(musavat.com)

Bənzər Xəbərlər

21.06.2026 - 12:18Ariz Əhədov

Ermənistanda KRİTİK günlər başladı - Plan baş tutarsa...

21.06.2026 - 12:16Ariz Əhədov

TƏBİB-dən çıxarılan Anar İsrafilovun yeni iş yeri məlum oldu – Direktor göndərilir

21.06.2026 - 11:55Ariz Əhədov

Prezident qəbul keçirdi - Fotolar

21.06.2026 - 11:13Ariz Əhədov

Gəncədə 11-ci sinif şagirdinin meyiti tapıldı

21.06.2026 - 00:41Ariz Əhədov

Azərbaycan XİN BƏYANAT YAYDI

20.06.2026 - 23:51Ariz Əhədov

Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı

20.06.2026 - 23:23Ariz Əhədov

Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı

20.06.2026 - 23:12Ariz Əhədov

Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər - VACİB AÇIQLAMA

20.06.2026 - 22:52Ariz Əhədov

Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.