İndoneziyada 1000-dən çox uşaq pulsuz məktəb yeməkləri yedikdən sonra zəhərlənib.
Yeniera.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Bildirilir ki, bu, prezident Prabowo Subiantonun milyardlarla dollarlıq qida proqramı ilə əlaqəli imzaladığı qərardan sonra baş verən ən kütləvi qida zəhərlənməsi hadisəsidir.
Məlumata görə, ötən həftə Qərbi Yava və Mərkəzi Sulavesi əyalətlərində 800 tələbə məktəb qidasından zəhərlənib.
Rza Əli

