• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
15°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclası keçiriləcək

19 Sentyabr, 25 / 10:28
A A
İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclası keçiriləcək

Gələn həftə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclası keçiriləcək.

Yeniera.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bununla bağlı İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə məlumat verib.

O bildirib ki, görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin də iştirakı gözlənilir.

Pirmoəzzen daha sonra iki ölkə arasında Biləsuvar Azad Ticarət və Sənaye Bölgəsində logistika limanı və birgə sənaye şəhərciyinin yaradılması nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu layihələr İran və Azərbaycan prezidentlərinin razılığı və Birgə İqtisadi Komissiyanın təsdiqi ilə həyata keçiriləcək. Hazırda razılaşmaların icrası ilə bağlı texniki proseslər davam etdirilir.

Pirmoəzzen qeyd edib ki, Ərdəbil-Bakı dəmir yolunun istifadəyə verilməsi də bölgənin kənd təsərrüfatı ixracatı üçün yeni imkanlar açacaq. Onun fikrincə, bu dəmir yolu Rusiyaya çıxışı asanlaşdıracaq və logistik xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.

İran-Azərbaycan Birgə Ticarət Palatasının rəhbəri həmçinin vurğulayıb ki, kommersiya yük maşınlarının sərhəddə gözləmə müddəti bir həftədən 48 saata endirilib. Gömrük əməliyyatlarının 24 saatlıq rejimə keçməsi halında daşımaların həcmi daha da artacaq.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Taliban qadınların yazdığı kitabları universitetlərin tədris sistemindən çıxarıb

Növbəti Yazı

Antiinhisar Xidmətindən aeroportda taksilərlə bağlı yeni qaydalara münasibət: Təhlillər aparılır

XƏBƏR LENTİ

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.