İran yaxın vaxtlarda Çindən yeni hava hücumundan müdafiə sistemləri alacaq.
Yeniera.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumatda bildirilir ki, İran yaxın həftələrdə Çində istehsal olunan çiyindən buraxılan hava hücumundan müdafiə raket sistemlərinin ilk partiyasını qəbul edəcək.
Qeyd edilir ki, tədarük bir neçə mərhələdə həyata keçiriləcək və ölkənin hava müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
Vüsal Həmidov
YENİERA.AZ

