İran rəsmiləri Hörmüz boğazının birgə idarə olunması ilə bağlı Oman tərəfindən irəli sürülən təklifi qəbul etmədiklərini açıqlayıblar.
Yeniera.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Mütəxəssislər bildirirlər ki, bu qərar regionda gərginliyin davam etdiyini göstərir və beynəlxalq ticarət marşrutlarına təsir edə bilər.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft daşımalarının əsas keçid nöqtələrindən biri hesab olunur və burada baş verən hadisələr qlobal enerji bazarını yaxından təsirləndirir
Vüsal Həmidov
YENİERA.AZ
