“İmam və Hidayət Yolunun Davamçıları Cəbhəsinin” baş katibi və İran Dövlətinin Maraqlarını Müəyyən edən Şuranın üzvü Məhəmmədrza Bahonar mətbuat konfransında bildirib ki, hazırda hicaba dair heç bir məcburi qanun yoxdur ki, ona ciddi əməl olunmalıdır.
Yeniera.az xəbər verir ki, bu barədə “Khabar Online” məlumat yayıb.
“İndi sistemin ümumi mövqeyi ondan ibarətdir ki, icbari hicab haqqında qanun məcburi deyil. Əgər bu qərardan qaydaların pozulması və ya cərimə tətbiq edilməsi üçün istifadə edildiyini görsəniz, 110-a zəng edərək məlumat verə bilərsiniz”,-deyə Bahonar qeyd edib.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində qadınların hicaba məcbur edilməsinin əleyhinə çıxış edib.
Pezeşkian üç il əvvəl İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ümummilli etirazlara səbəb olan Məhsa Əmini ilə bağlı sualı cavablandırarkən deyib: “İnsanların seçim hüququ var”.
Yeganə

