İran Hörmüz boğazını məhdud rejimdə aprelin 9-u və yaxud 10-u aça bilər.
Yeniera.az xəbər verir ki, bu barədə məlumatı danışıqlarda iştirak edən iranlı məmura istinadən “Reuters” agentliyi yayıb.
Boğazın açılmasının aprelin 10-da Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında planlaşdırılan görüş ərəfəsində baş tutacağı gözlənilir.
Onu da bildirək ki, İran fevralın sonunda ABŞ və İsrailin ölkəyə zərbələrindən sonra Hörmüz boğazını bağlamışdı.

