Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • General Nizami Məmmədov haqda – Yekun qərar verildi
  • “Flydubai” pilotu üçün 150 min dollar toplandı
  • Bakıda məktəbli qətlə yetirildi – Sinif yoldaşı saxlanıldı – Yenilənib
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi – GİZLİ TƏYİNAT

İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi – GİZLİ TƏYİNAT

Gündəm Ariz Əhədov23.02.2026 - 16:53
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Günəşli Aynur Cavanşir qızını Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirib.

YENİERA.az xəbər verir ki, bu barədə NOCOMMENT.az– a verilən məlumatda iddia edilib.

İddiaya əsasən, iclasda bu məlumatın gizli saxlanması, mətbuata yayılmaması tapşırılıb.

Qeyd edilib ki, Günəşli Aynur Cavanşir qızı isə Ramiz Mehdiyevin dövründə xüsusi məxfi sənədlərin hazırlanmasında, struktur islahatlarında və işçilərin kütləvi ixtisarında əsas rol oynamışdı.

AMEA prezidentinin bu davranışı, ekspertlər və işçilər tərəfindən Ramiz Mehdiyevə sədaqət nümayişi kimi qiymətləndirilir.

Həmin iclasda akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə Aynur Günəşlinin tezliklə dissertasiya müdafiə etməsi üçün təcili tapşırıq verib.

Nadir Məmmədli isə institutun Dissertasiya Şurasında 100-dən artıq dissertant və doktorantın növbədə gözləməsinə baxmayaraq, Aynur Günəşlini ilk sıraya daxil edib. Bu addım institut işçiləri və növbədə olanlar arasında ciddi narazılıq yaradıb, qalmaqala səbəb olub və dava-dalaşa gətirib çıxarıb.

Qeyd olunur ki, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də Ramiz Mehdiyev tərəfindən təyin olunmuş direktorlar sırasındadır. Eyni zamanda, Ramiz Mehdiyev tərəfindən təyin olunan Abbas Seyidov (Arxeologiya İnstitutu) və Məmməd Əliyev (Elmi Kitabxana) vəzifəsindən azad edilsə də, Nadir Məmmədli hələ də direktorluq vəzifəsində qalır.

Xatırladaq ki, Ramiz Mehdiyev tərəfindən AMEA-ya gətirilmiş və mühüm vəzifələrə təyin olunmuş şəxslər arasında Eldar Əmirov və Seyfəl Həsənov da vardı. Daha sonra Əmirov və Həsənov işdən çıxarılıb, AMEA-nın Aparatı Rəhbəri vəzifəsi ləğv edilib.

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub.

Qeyd edək ki, adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bənzər Xəbərlər

05.10.2026 - 19:00Gülnar Əliyeva

General Nizami Məmmədov haqda - Yekun qərar verildi

05.10.2026 - 18:45Gülnar Əliyeva

“Flydubai” pilotu üçün 150 min dollar toplandı

05.10.2026 - 18:30Gülnar Əliyeva

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

05.10.2026 - 18:15Gülnar Əliyeva

Bakıda iti pəncərədən atan şəxsə - Bu CƏZA VERİLDİ

05.10.2026 - 18:00Gülnar Əliyeva

“İdarə rəisi bizi günlərcə gözlədir, fəaliyyəti yoxlanılsın” - Bələdiyyə sədrləri narazıdır

05.10.2026 - 17:42Gülnar Əliyeva

Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

05.10.2026 - 17:30Gülnar Əliyeva

Tamam Bayatlı təqaüdə göndərildi

05.10.2026 - 17:08Gülnar Əliyeva

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar

05.10.2026 - 16:17Gülnar Əliyeva

İloham Əliyev Fərman imzaladı 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 244

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 222

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 127

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 871
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.