“Topol” və “İskəndər” buraxılış sistemlərinin yaradıcısı Valerian Sobolev uzun sürən xəstəlikdən sonra 88 yaşında Volqoqradda vəfat edib.
Yeniera.az xəbər verir ki, bu barədə onun ailə dostu Vyaçeslav Çerepaxin bildirib.
“O, dünən uzun sürən xəstəlikdən sonra vəfat edib. Valerian Markoviç Volqoqrad və müdafiə sənayesi üçün əfsanəvi şəxsiyyətdir”, – Çerepaxin deyib.
Məlumata görə, onun rəhbərliyi altında “Pioner”, “Topol”, “İskəndər” və digər buraxılış sistemləri hazırlanıb.
Yeganə

