Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Onlar ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləcəklər
  • Azərbaycan bu Beynəlxalq Konvensiyaya qoşuldu
  • Prezident həmin müqaviləni təsdiqlədi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»İşləyənlərin NƏZƏRİNƏ: Əməkhaqqınızı BELƏ ALACAQSINIZ

İşləyənlərin NƏZƏRİNƏ: Əməkhaqqınızı BELƏ ALACAQSINIZ

İqtisadiyyat Ariz Əhədov23.01.2026 - 16:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı təklif hökumətə təqdim olunub və məsələ hazırda müzakirələr mərhələsindədir. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib. Yeni yanaşmanın bu ilin sonuna qədər tam şəkildə tətbiq ediləcəyi isə hələlik sual altındadır. Maraqlıdır, saatlıq əməkhaqqı sisteminə keçid bu ilin sonuna qədər tam şəkildə mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, saatlıq ödəniş sisteminə keçid kifayət qədər çətin və mərhələli prosesdir.

Onun sözlərinə görə, hazırkı qanunvericilikdə “minimum əməkhaqqı” anlayışı aylıq əməkhaqqı üzərində qurulub və saatlıq sistemə keçid üçün bir sıra əsas anlayışların dəyişdirilməsinə ehtiyac var:

“Bu keçid üçün tək bir qanun kifayət etmir. Bir neçə qanuna paket şəklində əlavə və dəyişikliklər edilməlidir. Əmək haqqı və əmək müqaviləsi anlayışları yenidən formalaşdırılmalıdır”.

İqtisadçı bildirib ki, saatlıq əməkhaqqı sisteminin əsas prinsipləri hələ açıqlanmayıb:

“Bir saatlıq minimum əməkhaqqının nə qədər olacağı bəlli deyil. Hazırda aylıq minimum əməkhaqqı 400 manatdır. Bu məbləği iş saatlarına necə böləcəklər, yoxsa tamamilə fərqli mexanizm tətbiq olunacaq, bu suallar açıq qalır”.

Natiq Cəfərli vurğulayıb ki, bütün bu qeyri-müəyyənliklər fonunda saatlıq əməkhaqqı sisteminin qısa müddətdə, xüsusilə də bu ilin sonuna qədər tam tətbiq ediləcəyini real hesab etmir.

Qeyd edək ki, saatlıq əməkhaqqı sisteminə keçid beynəlxalq təcrübədə çevik məşğulluq modelinin bir hissəsi kimi qiymətləndirilsə də, Azərbaycanda bunun tətbiqi üçün hüquqi və institusional dəyişikliklər tələb olunur.

Bənzər Xəbərlər

28.07.2026 - 14:24Gülnar Əliyeva

Onlar ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləcəklər

28.07.2026 - 14:00Gülnar Əliyeva

Sabah 40° isti olacaq

28.07.2026 - 13:42Gülnar Əliyeva

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

28.07.2026 - 13:30Gülnar Əliyeva

Meyiti öz həyətində tapıldı - Foto

28.07.2026 - 13:15Gülnar Əliyeva

Yanacaq çatışmazlığına görə fövqəladə vəziyyət elan etdilər

28.07.2026 - 13:00Gülnar Əliyeva

Addai Belçika klubuna keçdi

28.07.2026 - 12:45Gülnar Əliyeva

Bu ölkədə hicab və saqqal qadağan edildi

28.07.2026 - 12:45Gülnar Əliyeva

Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı

28.07.2026 - 12:30Gülnar Əliyeva

Sabiq prezident Rusiyada başqa adla yaşayır?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 237

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 546

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 570

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 446
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.