İsrail aclıqdan müharibə üsulu kimi istifadə edilməsinə qoyulan qadağaya hörmət etməlidir.
Yeniera.az xəbər verir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsinin sədri Yuji İvasava deyib.
“Məhkəmə yekdilliklə belə qənaətə gəlib ki, İsrail aclıqdan müharibə üsulu kimi istifadə edilməsinə qadağaya hörmət etməyə borcludur”, – deyə hakim bildirib.
Qeyd edək ki, BMT Məhkəməsi aprelin 28-dən mayın 2-dək İsrailin beynəlxalq təşkilatların Fələstin ərazisində mövcudluğu ilə bağlı öhdəliklərinə dair məsləhət dinləmələri çərçivəsində iclas keçirib.
BMT Baş Assambleyası 2024-cü ilin dekabrında Beynəlxalq Ədalət Məhkəməsindən İsrailin işğal olunmuş Fələstin ərazilərinə yardımla bağlı öhdəliklərinə dair məsləhət rəyi verməsini tələb edən qətnamə qəbul edib. Qətnaməni 137 dövlət, o cümlədən Rusiya dəstəkləyib. 12 ölkə əleyhinə səs verib, 22 ölkə isə bitərəf qalıb.

