İsrail iki həftəlik atəşkəsə razılaşıb.
Yeniera.az xəbər verir ki, bu barədə məlumatı “Axios” portalının jurnalisti Barak Ravid Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən açıqlayıb.
O bildirib ki, İsrail İranla bağlı hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılıq verib.
Məlumata əsasən, İsrail hücumlarını iki həftə müddətinə dayandıracaq. Bildirilir ki, atəşkəs İranın Hörmüz boğazını açmasından sonra qüvvəyə minəcək.
