İsrail Müdafiə Qüvvələri (IDF) qruplaşmanın əsgərlərə atəş açmasından sonra Qəzzanın cənubunda yerləşən HƏMAS-ın istifadə etdiyi infrastruktura zərbələr endirib.
Yeniera.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, HƏMAS tank əleyhinə raket atıb və Rəfahdakı İDF əsgərlərini atəşə tutub.
Hərbi mənbənin bildirdiyinə görə, İsrail ordusu sarı xəttin İsrail tərəfindəki əsgərlər üçün təhlükənin qarşısını almaq üçün HƏMAS-a cavab olaraq atəş açıb.
Gülnar Həmidova

