Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan XİN BƏYANAT YAYDI
  • Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı
  • Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İsrail Qətərə hücumdan əvvəl ABŞ-yə məlumat veribmiş

İsrail Qətərə hücumdan əvvəl ABŞ-yə məlumat veribmiş

Siyasət Ariz Əhədov13.09.2025 - 10:29
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İsrailin 9 sentyabrda Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hava əməliyyatı ilə bağlı yeni detallar açıqlanıb.

Yeniera.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, “The Wall Street Journal” qəzeti yazır ki, hücum barədə ABŞ-a yalnız bir neçə dəqiqə əvvəl məlumat verilib, dəqiq koordinatlar isə gizli saxlanılıb.

Bu məsələ Vaşinqtonda ciddi narazılıq yaradıb. Məlumata görə, Baş nazir Benyamin Netanyahu atəşkəs və girovların azad edilməsi üzrə danışıqların pozula biləcəyi riskinə baxmayaraq, əməliyyat barədə qərarı şəxsən verib.

Hava zərbəsində səkkiz F-15 və dörd F-35 qırıcısı iştirak edib. Nəticədə HƏMAS-ın altı üzvü, o cümlədən liderlərdən Xalil əl-Hayyanın oğlu öldürülüb, əsas hədəf əl-Hayyanın özü olsa da, o sağ qalıb. Hücum zamanı həmçinin Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı da həyatını itirib.

“The Washington Post” isə yazır ki, əvvəlcə MOSSAD rəhbərliyi əməliyyatı öz agentləri vasitəsilə həyata keçirməyi planlaşdırıb. Lakin qurumun direktoru David Barnea Qətərlə münasibətlərin korlanacağı və girovlarla bağlı danışıqların dayanacağı ehtimalını nəzərə alaraq bu variantdan imtina edib.

HƏMAS nümayəndələrinin Dohada ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə irəli sürülən plana dair (bütün israilli girovların azad edilməsi müqabilində yüzlərlə fələstinli məhbusun buraxılması) danışıqlar apardığı vaxtda əməliyyatın həyata keçirilməsi diqqət çəkib. İsrail ordusunun Baş Qərargah rəisi Zamir və MOSSAD rəhbəri Barnea əməliyyata qarşı çıxsa da, Netanyahunun qərarı dəyişməyib.

ABŞ mənbələri əməliyyatın nəticələrini “uğursuz” adlandırır. Çünki əsas hədəf zərərsizləşdirilməyib, eyni zamanda danışıqlar prosesinə ciddi zərbə vurulub.

Bənzər Xəbərlər

21.06.2026 - 00:41Ariz Əhədov

Azərbaycan XİN BƏYANAT YAYDI

20.06.2026 - 23:51Ariz Əhədov

Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı

20.06.2026 - 23:23Ariz Əhədov

Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı

20.06.2026 - 23:12Ariz Əhədov

Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər - VACİB AÇIQLAMA

20.06.2026 - 22:52Ariz Əhədov

Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?

20.06.2026 - 22:42Ariz Əhədov

Köçəryandan gözlənilməz addım

20.06.2026 - 22:29Ariz Əhədov

Bu ərazilərdə güclü yağış yağacaq

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.