BMT baş katibinin sözçüsü Stefan Dujarrikin verdiyi məlumata görə, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) keçən il noyabrın 27-də hərbi əməliyyatların dayandırıldığını elan edəndən bəri Livanın cənubunda İsrailin 106 hava hücumu qeydə alıb.
Yeniera.az xəbər verir ki, onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi xəbərdarlıq edib ki, Livan və İsrail arasında atəşkəs əldə edildikdən təxminən bir il sonra İsrail qüvvələri Livana zərbələr endirməkdə davam edir, mülki əhalinin ölümünə və dağıntılarına səbəb olur və növbəti zorakılıqlarla hədələyir.
Keçən şənbə günü UNIFIL sülhməramlıları missiyanın Livanın cənubundakı əməliyyatlar bölgəsində, hamısı şərq sektorunda üç hədəfə İsrailin dörd hava hücumunu müşahidə etdilər.
“Bu zərbələr təkcə Livanın ərazi suverenliyinin deyil, həm də BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulmasıdır” deyən sözçü bütün tərəfləri atəşkəslə bağlı öhdəliklərinə sədaqətlə əməl etməyə çağırıb.
Yeganə

