İsrailin iştirak edəcəyi təqdirdə İspaniya Eurovision 2026-nı boykot edəcək.
“Xəbərsiz” “Sky News” istinadən xəbər verir ki, bu, İspaniyanı İsrailin iştirak edəcəyi təqdirdə boykot edəcəyi ilə hədələyən beşinci müsabiqə olub.
Bununla da İspaniya “Böyük Beşlik” ölkələri arasında bu addımı atan ilk dövlət olub.
“Böyük beşliyə” İspaniya ilə yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa daxildir.
Qeyd edək ki, İspaniyanın baş naziri Pedro Sançes daha əvvəl Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiyanın 2022-ci ildə müsabiqədən çıxarıldığını qeyd edərək, İsraili müsabiqəyə buraxmamağa çağırmışdı.
Bundan əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya oxşar bəyanatlar vermişdilər.
Leyla Cəfərova

