İstanbul boğazında sərnişin bərəsi ilə yük gəmisi toqquşub.
Yeniera.az APA-ya istinadən xəbər verir ki, İstanbul boğazında Beşiktaş-Üsküdar marşrutu üzrə hərəkət edən sərnişin gəmisi yük gəmisi ilə toqquşub.
Hadisə yerinə Sahil Mühafizəsi və Sahil Təhlükəsizliyi qrupları cəlb edilib.
Hadisənin təfərrüatları ilə bağlı hələ ki, məlumat verilməyib.

