İstanbul polisi silahlı hücumlar həyata keçirən cinayətkar dəstələrə qarşı 10 rayonda eyni vaxtda əməliyyat keçirib. Nəticədə 29 nəfər şübhəli saxlanılıb, onlardan 16-sı məhkəmə qərarı ilə həbs olunub.
Yeniera.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar Küçükçekmece, Bakırköy, Arnavutköy, Esenyurt, Beyoğlu, Bağcılar, Beylikdüzü, Sancaktepe, Şişli və Eyüpsultan rayonlarında keçirilib. Həmin ünvanlarda aparılan axtarışlar zamanı:
17 ədəd tapança
225 ədəd güllə
1 ədəd çelik jilet
2 kask, 2 mont
23 min 400 lirə və 200 avro müsadirə edilib.
Polis araşdırmaları zamanı məlum olub ki, bu cinayətkar dəstələr yeni üzvlər cəlb etmək üçün sosial media hesablarından istifadə ediblər. Bu çərçivədə 206 sosial media hesabı bağlanıb.
Vüsal Ömərov

