• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Özəl

"İtaliya Prezidentinin Bakıya səfəri gələcəkdə münasibətləri daha da genişləndirəcək" - Deputat

01 Oktyabr, 25 / 13:45
A A
"İtaliya Prezidentinin Bakıya səfəri gələcəkdə münasibətləri daha da genişləndirəcək" - Deputat

“Azərbaycan və İtaliya münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu əlaqələrin mərkəzində həm siyasi dialoq, həm də enerji, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində çoxşaxəli əməkdaşlıq dayanır. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir və xüsusilə enerji sektorunda SOCAR və İtaliya şirkətləri arasında qurulan əməkdaşlıq bu münasibətlərin əsas dayağını təşkil edir. Azərbaycan qazının Cənub Qaz Dəhlizi və Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya, xüsusilə də İtaliyaya çatdırılması, iki ölkə arasında qarşılıqlı asılılığı və strateji önəmi artırır”.

Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, İtaliya Prezidentinin Bakıya səfəri münasibətlərin daha da möhkəmləndirilməsi kimi dəyərləndirilə bilər:

“İtaliya Prezidentinin Bakıya rəsmi səfəri bu münasibətlərin daha da möhkəmləndirilməsi baxımından yeni mərhələ kimi dəyərləndirilə bilər. Səfər həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mühüm bir körpü rolunu oynaya bilər. Çünki İtaliya yalnız enerji idxalçısı deyil, həm də Avropa siyasətində Azərbaycanın maraqlarını anlayan və dəstəkləyən əsas dövlətlərdən biridir.

Səfərin diqqət çəkən mühüm məqamlarından biri də İtaliya-Azərbaycan Universitetinin kampüsünün açılışıdır. Bu layihə təkcə təhsil əməkdaşlığı deyil, həm də mədəni inteqrasiya və bilik mübadiləsi baxımından strateji əhəmiyyət daşıyır. Bütövlükdə Universitetin yaradılması Azərbaycan gənclərinə Avropa standartlarına uyğun təhsil almaq, İtaliyanın qabaqcıl elmi-texniki təcrübəsindən faydalanmaq imkanı yaradacaq. Eyni zamanda, bu təşəbbüs iki ölkə arasında humanitar əlaqələri möhkəmləndirəcək, yeni elmi-tədqiqat platformaları və akademik mübadilə imkanları açacaq.

Ümumilikdə, Azərbaycan-İtaliya münasibətlərinin bu mərhələsi bir tərəfdən iqtisadi və enerji əməkdaşlığının dərinləşməsi, digər tərəfdən isə humanitar sferada yeni layihələrin işə düşməsi ilə xarakterizə olunur. İtaliya Prezidentinin Bakıya səfəri və universitetinin kampusunun açılışı gələcək illərdə bu münasibətlərin daha da genişlənəcəyini göstərir”.

Mikayıl Mirzəzadə

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Azərbaycan XİN Nigeriyanı təbrik edib

Növbəti Yazı

Dayanıqlı turizmdə tarixi nailiyyət: Türkiyədə 2.000-dən çox otel GSTC sertifikatı aldı

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.