Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • IV və VI siniflərdə monitorinq – Yerdəyişmə prosesi DAYANDIRILDI
  • “Bakı Marafonu 2026” qaliblərinə veriləcək mükafatlar
  • Maaş və təqaüdlərin artımı BAŞLAYIR – Ekspert AÇIQLADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Kamran Əliyev İran səfirini qəbul etdi – Fotolar

Kamran Əliyev İran səfirini qəbul etdi - Fotolar

Siyasət Ariz Əhədov24.04.2026 - 15:52
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Aprelin 24-də Baş prokuror Kamran Əliyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Yeniera.az xəbər verir ki, Baş prokuror ilk növbədə, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.

Həmçinin qeyd edib ki, Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır və ölkələrimiz arasında qədim tarixi, mədəni və dini bağlar mövcuddur. Xüsusilə vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığın dərinləşməsinə rəvac verir.

Bundan başqa, Baş prokuror 2022-ci ildə iranlı həmkarının dəvəti ilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə də müxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarının rəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Müctəba Dəmirçilu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb, son hadisələr fonunda Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək şəxsən başsağlığı verməsinə və Azərbaycan Respublikası tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, Azərbaycan Respublikası İrana ilk humanitar yardım göstərən ölkə olub və bu qarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda ölkəmizin öz ərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitar yardımların keçidinə şərait yaratması da dostluq addımıdır və yüksək qiymətləndirilir.

Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlif formalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununla yanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 16:52Ariz Əhədov

“Bakı Marafonu 2026” qaliblərinə veriləcək mükafatlar

24.04.2026 - 16:38Ariz Əhədov

Maaş və təqaüdlərin artımı BAŞLAYIR - Ekspert AÇIQLADI

24.04.2026 - 16:25Ariz Əhədov

Vüsal Aslanovdan yeni - Təyinat

24.04.2026 - 16:05Ariz Əhədov

Əli Əsədov qərar İMZALADI: 60 manat TƏSDİQLƏNDİ

24.04.2026 - 15:37Ariz Əhədov

May ayında Naxçıvana gedənlərin NƏZƏRİNƏ

24.04.2026 - 14:40Ariz Əhədov

Vahid Ələkbərov rəsmilərlə Füzulidə - Fotolar

24.04.2026 - 14:18Ariz Əhədov

Makron siyasətdən getmək istəyir

24.04.2026 - 14:05Ariz Əhədov

Dostunun yasında vəfat etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 985

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 919

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 111
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.