• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
10°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Kamran Əliyev Sinqapurda Beynəlxalq konfransda iştirak edir

09 Sentyabr, 25 / 12:54
A A
Kamran Əliyev Sinqapurda Beynəlxalq konfransda iştirak edir

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak edir.

Bu barədə Yeniera.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, “Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi” mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.

Dünya prokurorlarını bir araya gətirən Assosiasiyanın 30 illik yubileyinə tesadüf edən konfransın açılış mərasimində Sinqapurın Prezidenti Tarman Şanmuqaratnam, Baş prokuroru Lüsyen Vonq və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes çıxış ediblər.

Açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi tərəfindən çıxış zamanı ötən il Bakı şəhərində keçirilmiş Assosiasiyanın 29-cu illik konfransı xatırlanaraq, bu tədbirin təşkilatın tarixində dünyanın dörd bir yanından ən çox sayda prokurorun iştirak etdiyi mötəbər platformaya çevrildiyi xüsusi vurğulanıb.

Səfər zamanı Baş prokuror Kamran Əliyev Sinqapurun Baş prokuroru Lüsyen Vonq ilə görüş keçirib. Görüş zamanı Kamran Əliyev həmkarına Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Sinqapurun uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində maraqlı olduqlarını bildirib.

Görüşdə müasir cinayət formalarının qarşısının alınması, gələcək əməkdaşlığın müqavilə-hüquq bazası ilə möhkəmləndirilməsi və kadr hazırlığı məsələləri müzakirə olunub.

Baş prokuror tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir edib, göstərilən qonaqpərvərliyə görə Sinqapur tərəfinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

Bundan əlavə, tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Niderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya, Lixtenshteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları, habelə Çinin Baş prokurorunun müavini ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər aktual əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb

Növbəti Yazı

İrəvanda atışma - ölən var

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.