• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Kamran Əsədov polis nəzarətinə götürülüb - Rəsmi MƏLUMAT

17 Dekabr, 25 / 14:10
A A
Kamran Əsədov polis nəzarətinə götürülüb - Rəsmi MƏLUMAT

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul və buraxılış imtahanlarında qeydə alınmış qanun pozuntuları barədə növbəti açıqlama yayıb. Açıqlamada tanınmış təhsil eksperti Kamran Əsədovun yol verdiyi cinayət işindən bəhs olunub.

Yeniera.az xəbər verir ki, DİM təəssüflə bəyan edib ki, bəzi hallarda müəyyən şəxslər imtahanlarda “uğur” qazanamaq üçün müxtəlif qeyri-qanuni üsullardan çəkinmirlər.

Belə ki, Gəncə şəhərində keçirilən ali məktəbələrə qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.

17 iyun 2025-ci il tarixində xüsusi yoxlama alqoritmlərinə əsasən nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərlərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Nəticədə bu işin təşkilatçıları və onların qurduqları şəbəkə ibtidai istintaqın gedişində ifşa olunub. Buraxılış və qəbul imtahanlarında qanunsuz texniki vasitələr hazırlayan və istifadə məqsədilə satan bir qrup təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

“Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər Babayev İslam Elşan oğlu, Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlunun törətdikləri cinayət əməlləri iş üzrə aparılmış istintaq zamanı toplanmış dəlillər, o cümlədən özlərinin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspert rəyi və digər istintaq sənədləri ilə tam sübuta yetirilib. Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir”, – DİM-dən bildirilib.

Rəsmi məlumatda deyilir ki, istintaqın gedişi zamanı 29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınmış və istintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxəb.

“İttiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər”.

Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb.

Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Dekabrın 12-də Gəncə Şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib, hüquqi öhdəlikləri izah edilib, həmçinin ittiham aktı ilə tanış olub-olmadıqlarını soruşub. Kamran Əsədov hakimə jurnalistlərin onun haqqında yaya biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət versə də, hakim bunun üçün heç bir əsasın olmadığını qeyd edib və jurnalistlərin prosesdə iştirakı təmin edilib.

Məhkəmənin baxış iclası isə 19 dekabr saat 15:00-a təyin olunub.

 

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

DİN-dən əməliyyat - Mütəşəkkil dəstə üzvləri saxlanıldı

Növbəti Yazı

Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu

XƏBƏR LENTİ

Kredit və borcu olanlara sevindirici xəbər - QƏRAR

Bu bürclərə XƏBƏRDARLIQ: GÜN ƏRZİNDƏ...

Nazirdən iki təyinat

Türkiyədə mənəvi Milad təcrübəsi - FOTOLAR

BP-nin Baş icraçı direktoru dəyişir

Ançelottinin oğlu Braziliya klubundan ayrıldı

Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb

Ağdamda minaya düşən traktorçu hospitala təxliyə edilib 

Aleyna Tilki və daha bir neçə məşhur SAXLANILDI

Brüsseldə Fitsonun təyyarəsi uçuşa yararsız vəziyyətə salınıb

Azərbaycan nefti neçəyə satılır?

Azərbaycanda ağır qəza oldu - Ölən var

Avtomobil qaz xəttinə çırpıldı - 8 minə yaxın abonent qazsız qaldı

Venesuela BMT TŞ-nin iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Mirmahmud Mirəlioğlunun ölən 18 yaşlı nəvəsinin FOTOSU

ABŞ bu gecə müharibəyə başlaya bilər

Vüqar Əhmədə vəzifə verildi

Azərbaycan XİN Butan Krallığını təbrik edib

“ŞUŞA” PFK inşa müsabiqəsi elan edir - Şəhidlərin xatirəsi məktəblilərin qələmində

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.