İran siyasətini tənqid etməsi ilə tanınan iranlı rejissor Cəfər Pənahinin “Sadə bir qəza” filmi Rusiya kinoteatrlarında nümayiş olunmayacaq.
Yeniera.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat verib.
Nəşrin məlumatına görə, filmin distribyutoru “Russian Report” filmin yayım sertifikatından imtina edib. Qərarın səbəbləri açıqlanmayıb. Rusiya premyerası əvvəlcə oktyabrın 30-na planlaşdırılıb.
“Sadə bir qəza” Kann Film Festivalında “Qızıl Palma” mükafatını qazandı və eyni zamanda Fransanın Oskarına namizəd olub.
Yeganə

