• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İqtisadiyyat

"Kapital Bank"ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir

11 Dekabr, 25 / 12:20
A A
"Kapital Bank"ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir

“Kapital Bank” ASC “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir.

Gəncə şəhərində yerləşən ali məktəblərin ardından bank nümayəndələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qonaq olublar. Universitetin akademik heyəti üçün təşkil edilən təlim ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevin çıxışı ilə başlayıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik məsələlərinin aktuallığını vurğulayaraq, bu kimi təşəbbüslərin əməkdaşların məlumatlılığının artırılmasında mühüm rol oynadığını bildirib.

Daha sonra “Kapital Bank”ın Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov kiberdələduzluğun geniş yayılan formaları və gündəlik əməliyyatlar zamanı diqqət edilməli məqamlar haqqında danışıb. Bankın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov isə son dövrlərdə artan fırıldaqçılıq halları, istifadəçilərin qarşılaşdığı risklər və “Kapital Bank”ın həyata keçirdiyi qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçılara məlumat verib.

Tədbirin yekununda keçirilən interaktiv sual-cavab sessiyasında isə bank nümayəndələri auditoriyanı maraqlandıran suallara aydınlıq gətirib.

Maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. “Kapital Bank” adından zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş “Birbank” mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.

Ölkənin I bankı “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Ən son xəbərləri bizim Facebook səhifəmizdə izləyin @yeniera
Öncəki Yazı

Futzal millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq

Növbəti Yazı

Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib

XƏBƏR LENTİ

 Kamran Əsədova cinayət işi açıldı 

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Zod qızıl yatağında Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb

Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir - İşin birini 10 manatlıq şirkət görəcək

Quru sərhədləri gələn il açılacaq? - MÜHÜM AÇIQLAMA

Qurban bayramı bu tarixdə qeyd ediləcək

Temperatur kəskin enəcək, külək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycanda benzinlə bağlı RƏSMİ MƏLUMAT

Bakının bu hissəsinə giriş pullu olur? - AÇIQLAMA

Azərbaycanda yeni teatr studiyası yarandı – “Eynək” ilk tamaşasını təqdim etdi

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib

DTX-nin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar

Putin və Pezeşkian Rusiya-İran əlaqələrinin inkişafını müzakirə ediblər

Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib

İlin ilk on ayında ölkədə 50 minə yaxın ölüm halı qeydə alınıb

Azərbaycan əhalisinin sayı açıqlandı

Ançelotti “Qarabağ”ın bu futbolçusunu istəyir

Şənbə gününün hava proqnozu açıqlanıb

Türkiyənin tarixi şəhəri İzmir - FOTOLAR

Bayrama görə bu ailələrə birdəfəlik yardım edilə bilər

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.