Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 6 saylı cəzaçəkmə müəssisəsində yanğın – General hadisə yərinə getdi
  • Yüksək vəzifə verilən Zaur Əliyev kimdir? – DOSYE
  • Azərbaycanda sabiq vəzifəli şəxs VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Kapital Bank”ın sədri “Yüksəliş” qalibləri ilə mentorluğa başladı

“Kapital Bank”ın sədri “Yüksəliş” qalibləri ilə mentorluğa başladı

İqtisadiyyat Ariz Əhədov07.04.2026 - 17:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk görüşünü keçirib. 

Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki qalibinin – Fərid Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi inkişaf planına dəstək verəcək.

Keçirilən tanışlıq görüşündə “Kapital Bank”ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva və həmin departamentin Təşkilati öyrənmə və istedadların inkişafı şöbəsinin müdiri Tükəzban Qasımova da iştirak ediblər.

Görüş zamanı qaliblərin gələcək karyera hədəfləri, idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və qarşıdakı bir il ərzində həyata keçiriləcək birgə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və 5 mərhələdən ibarət olan “Yüksəliş” müsabiqəsinin beşinci mövsümündə 124 finalçı arasından ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.

Qaydalara əsasən, qaliblər idarəçi rəhbərlər (mentorlar) tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq pul mükafatı əldə edirlər.

Dördüncü mövsümün uğurlu yekunu

Daim gənc istedadların və peşəkar kadrların inkişafına töhfə verən Fərid Hüseynov, eyni zamanda Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə son görüşünü keçirərək bir illik fəaliyyəti yekunlaşdırıb.

Yekun görüşdə proqramın ümumi nəticələri müzakirə olunub, iştirakçının keçdiyi inkişaf yolu, əldə etdiyi bilik və idarəçilik təcrübələri qiymətləndirilib. Həmçinin, Elnur Abdullazadənin gələcək hədəfləri dinlənilib və qazanılmış təcrübənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Fərid Hüseynov görüş haqqında təsüratlarını öz sosial media kanalında paylaşıb: “Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadəni bu proqram çərçivəsində yaxından tanıdığıma və inkişafına şahidlik etdiyimə çox şadam. Mentorluq proqramı rəsmən bitsə də Elnurun hədəflərinə gedən yolda hələ qarşıda çox böyük uğurlar var. Əminəm ki, peşəkar müstəvidə hələ tez-tez görüşəcəyik. Yolun açıq olsun”.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti və “Birbank” kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

 

Bənzər Xəbərlər

08.04.2026 - 00:37Ariz Əhədov

6 saylı cəzaçəkmə müəssisəsində yanğın - General hadisə yərinə getdi

08.04.2026 - 00:20Ariz Əhədov

Yüksək vəzifə verilən Zaur Əliyev kimdir? - DOSYE

08.04.2026 - 00:17Ariz Əhədov

Azərbaycanda sabiq vəzifəli şəxs VƏFAT ETDİ – FOTO

07.04.2026 - 22:00Ariz Əhədov

Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı MÜƏMMA

07.04.2026 - 21:40Ariz Əhədov

Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ

07.04.2026 - 21:20Ariz Əhədov

İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı

07.04.2026 - 21:00Ariz Əhədov

SEPAH-dan ABŞ-yə xəbərdarlıq 

07.04.2026 - 20:10Ariz Əhədov

Verilən vaxt bitir - Bu gecə İran məhv ediləcək?

07.04.2026 - 20:10Ariz Əhədov

Cəzaçəkmə müəssisəsində yanğın - İki nazirlik birgə məlumat yaydı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 858

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 834

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 775

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 995
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.