Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Yeniera.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə K. Avanesyanın anket məlumatları dəqiqləşdirilib.
O, dövlət hesabına müdafiəçi və tərcüməçi ilə təmin edilib.
Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası dekabrın 15-nə təyin olunub.

