Yeni Zelandiyalı keçmiş reqbiçi Şeyn Kristi 39 yaşında dünyasını dəyişib.
Yeniera.az xəbər verir ki, məşhur idmançının meyiti polislər tərəfindən Nelson şəhərindəki evində aşkarlanıb.
Onun ölüm səbəbi hələlik açıqlanmır.
Qeyd edək ki, Kristi 2018-ci ildə, 32 yaşında peşəkar idmançı karyerasını başa vurmuşdu. O, ölümündən sonra beynini elmi araşdırmalar üçün bağışlayacağını bildirmişdi.
Vüsal Ömərov

