Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin haqsız rəqabətlərə yol verdiyi aşkarlanıb.
Yeniera.az xəbər verir ki, bu barədə Prezident Yanına Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumatda bldirilib.
Belə ki, mağazaıar şəbəkəsinin “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı tstehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini kəskin pozduğu müəyyən edilib.
Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə “ABC-Telecom”a icrası məcburi göstərişlər verilib.

